Müxtəlif

Veqan Pəhrizi Nədir?

Veqan pəhrizi vegetarianlığın ən sərt formasıdır.

Veqan Cəmiyyəti veqanizmi mümkün qədər bütün növ heyvan istismarı və amasızlığından imtina etməyə cəhd edən bir həyat tərzi kimi xarakterizə edir.

Buraya heyvanların qida və ya digər məqsədlər üçün istismarı da daxildir.

Bu səbəbdən, veqan pəhrizi heyvan əti ilə yanaşı, süd məhsulları, yumurta və heyvanlardan alınan maddələrdən imtina etmək deməkdir.  Buraya jelatin, bal, boyaq, lutein, pepsin, şellak, albumin, zərdab, kazein və bütün D3 vitamin formaları daxildir. 645765423

Vegetarianlar və veqanlar çox zaman heyvan mənşəli qidalardan müxtəlif səbəblərə görə imtina edirlər. Onlar arasında ən böyük fərq heyvan mənşəli məhsulların qəbul edilə bilmək dərəcədi ilə bağlıdır.

Misal üçün, veqanlar və vegetarianlar rasionlarından əti sağlamlıq və ətraf mühit səbəbindən çıxara bilərlər.

Lakin, veqanlar həmçinin bütün heyvanlardan alınan qidalardan uzaq durmağa üstünlük verirlər, çünki onlar inanır ki, bu onların səhhətinə və ətraf mühitə ciddi təsir edir.

Etik səbəblərdən, vegetarianlar heyvanları qida üçün öldürməyin əleyhinədirlər, amma onlar heyvanlar müvafiq şəraitdə saxlanmaq şərtilə süd, yumurta kimi heyvan mənşəli qidaları yeməyi qəbul edilən hesab edirlər.

Digər tərəfdən, veqanlar inanır ki, fərqi yoxdur bu qida, geyim, elmi və ya əyləncə məqsədi üçündür ya yox, heyvanların insan istismarından azad olmaq haqqları var.  745765344

Yəni, onlar heyvanların hansı şəraitdə yetişdirilməsindən və ya saxlanılmasından asılı olmayaraq, bütün heyvan mənşəli məhsullardan imtina edirlər.

Previous ArticleNext Article

Leave a Reply

Your email address will not be published.