Müxtəlif, Qadınlar

Şəkəri Rasiondan Çıxarmağın Müsbət Cəhətləri

Arıqlamaq istəyən bir çox insanlar üçün ilk ən yaxşı addım şəkəri rasiondan çıxarmaqdır.

Bəs siz arıqlamaq istəmədikdə necə? Bəs əgər sadəcə ən sağlam həyat yaşamağa çalışırsınızsa?  Cavab çox sadədir-HƏLƏ də şəkəri rasiondan çıxarmağa vaxt var!

Çünki şəkər piylənmə ilə müqayisədə daha çox sağlamlıq problemlərinə yol açır.

6456343433

Təxminən hər qida məhsulunun tərkibində heç olmasa bir az təbii şəkər var. Meyvələr buna ən bariz nümünədir, ancaq qoz-fındıq, yumurta, süd məhsulları və tərəvəzlərdə də şəkər var.

Əgər nə vaxtsa rasionunuzdan şəkəri çıxarmaq istəsəniz, orada yalnız heyvan mənşəli protein və yağ qalacaq. Ona görə də, rasionda müəyyən qədər şəkərin olması normaldır. Ancaq əsas məsələ həmin şəkəri öz təbii formasında qəbul etməkdir.

Bu səhər qəhvəsində şəkərdən istifadə etməmək və qida bağlamalarının üzərini diqqətlə oxumaq anlamına gəlir. Ketçup, krekerlər və sağlam sayıqlar adı altında satılan bu kimi başqa qida məhsullarına şəkər əlavə edildiyinə inanmazsınız.

NİYƏ şəkəri rasiondan çıxarmaq lazımdır? Görüləcək bütün əlavə işlər həqiqətən ona dəyərmi?

64567543433

Şəkər ürək damar sisteminə zərərlidir. Şəkər yeyən zaman qanda insulinin səviyyəsi hədsiz dərəcədə yüksəlir və ürəyin ritmi, qan təziqi də artır və ürək damar xəstəlikləri riski də artmış olur. Ancaq rasiondan şəkəri çıxarsanız, xolesterolun səviyyəsi düşər, qan təziqi azalar və triqliseridlərin səviyyəsi normallaşmağa başlayar. Yuxarı və ya aşağı, bu hamısı şəkərin işidir.

Bir az meyvə yeyin, şəkəri rasiondan çıxarın və yenə özünüzü əla hiss edəcəksiniz!

Previous ArticleNext Article

Leave a Reply

Your email address will not be published.