Ortada bir sual yaranır, qaraciyəri necə təmizləmək olar? Düzünü desək, cavab çox qəlizdir. Bəli, bu məqsədə nail olmaq üçün antioksidantlar və flavanoidlərlə zəngin qidalar yemək lazımdır. Məhz bu səbəbdən yaşıl tərəvəzli sağlam rasiona malik insanlar sürətlə arıqlamağa nail olurlar. Daha sürətlə arıqlamaq üçün rasionunuza ilk növbədə yaşıl çay, sarıkök, yaşıl tərəvəzlər, qoz və sarımsaq əlavə edin və sağlam pəhrizin köməyilə qarın hissədəki yağlardan azad olun.
Dietoloqlar inanır ki, yaşıl çayda yüksək miqdarda antioksidantlar var və onlar qaraciyəri bərpa edir və onun funksiyalarını yaxşılaşdırır. Qoz da xüsusilə yağda əriyən antioksidantların hesabına bədəndəki dərin yağları əritməyə və qaraciyəri effektiv şəkildə təmizləməyə imkan verdiyinə görə həyati əhəmiyyət daşıyır.
İndisə gəlin uzaq durulmalı olan qidalardan danışaq. Bəli, sağlam həyat tərzində qalmaq ümidilə, tərkibində yüksək miqdarda yarıdoymuş yağlar olan qidalardan uzaq durmalısınız, xüsusilə bitki yağlarında olanlardan; ancaq yenə də zeytun yağı istifadə edə biləcəyiniz ən yaxşı yağ olaraq qalır. İkincisi, tərkibində fruktoza olan bütün emal olunmuş qidalardan və içkilərdən imtina edin, çünki fruktoza qaraciyərin ən qəddar düşmənidir.