Qadınlar

Yaşıl Çayla Asan və Sürətli Arıqlama

Sadə mantra budur ki, yaşıl sağlamlıqdır. Bəli, Yer planetində ən sağlam təbii içki yaşıl çaydır, çünki o sağlamlığa faydalı olan antioksidantlarla zəngindir.  Çoxlu sayda araşdırmalar aparılıb və göstərib ki, yaşıl çay yağ ərimə prosesini sürətləndirir və beləliklə daha qısa müddətdə arıqlamağa imkan verir. İndi bir az onun necə təsir etməsi haqqında danışaq.

Yaşıl Çayın Hədəfi Yağdır

Yaşıl çayın tərkibində yağ əriməsində həyati əhəmiyyət daşıyan çoxlu miqdarda katexinlər və Epiqallokatexin qallat adlanan güclü antioksidantlar var.   Epiqallokatexin qallat xüsusilə yağ hüceyrələrindən yağı ayırır. O noradrenalinə aparıb çıxaran enzimlərin qarşısını almaqla möcüzələr yaradır. Bu hormon yağ hüceyrələrini hədəfə alan siqnallar göndərir və beləliklə yağ ərimə prosesi qeyri-şüuri işə düşür.

İdman+Yaşıl Çay=Sürətli Yağ Ərimə 6436423523

Doğrudanda, yaşıl çay qeyri-şüuri yağ yanması prosesini aktivləşdirir. Ancaq, araşdırma göstərir ki, yaşıl çay və idmanın birgə vəhdəti, daha qısa müddətdə arıqladır və yaşıl çayla idmanı birgə istifadə edən kişilər 20% daha çox yağ yandırırlar.

Yaşıl Çay Metabolizm Prosesini Sürətləndirir və Daha Çox Kalori Yandırır

İnsan orqanizmi hətta dincələn və yatan zaman kalori sərf edir.  Araşdırma göstərir ki, yaşıl çay kalorilərin sərf olunmasını sürətləndirir. Bəzi araşdırmalar isə yaşıl çayın bu prosesi 3-4%, digərləri isə təxminən 8% artırdığını üzə çıxarıb. Amma fərqi yoxdur necə, yaşıl çay hər bir halda adi vasitələrdən daha çox yağ əridir və insana sağlam həyat bəxş edir.

Previous ArticleNext Article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *