Qadınlar

Üz cildindəki qara nöqtələrdən qurtulmaq üçün məsləhət

Qara nöqtələr tük follikulunun ağız hissəsində hədsiz dəri yağı, toplanmış çirk və ölü hüceyrələrindən ibarət kiçik sarı və ya qara tuluqlardır. Onlar həmçinin açıq komedonlar kimi tanınır.  Ölmüş dəri hüceyrələri, bakteriyalar, makiyaj və yağ dəri məsamələrinin tıxacına gətirib çıxarır və ağ nöqtələr formasında ortaya çıxır. Hava ilə təmasda, tıxanmış maddə melaninin oksidləşməsi səbəbindən qara nöqtələrə çevrilir. Qara nöqtələri ağ nöqtələrdən fərqli olaraq təmizləmək daha çətindir. Onlar adətən üzdə, xüsusilə burun hissəsində yaranırlar. Bundan başqa qara nöqtələr sinə, kürək, boyun, qol və çiyin cildində də əmələ gələ bilər.  Əgər müalicə olunmasalar, aknenin əmələ gəlməsinə səbəb ola bilirlər.

Yeyinti sodası cildi dərindən təmizləməyə və məsamələrdəki tıxacları aradan qaldırmağa imkan verən təbii skrabdır. Onun mikro cilalayıcı hissələri məsamələri effektiv şəkildə təmizləməyə, artıq yağı və qara nöqtələri götürməyə imkan verir. Yeyinti sodası qara nöqtələrin effektiv müalicəsidir, çünki o qara nöqtələri qurudaraq, cildi ağardır və parlaq edir.

5343433

Onun belə təsiredici olmasının başlıca səbəbi arabir dərini cilalamaq və məsamələri tıxaclardan təmizləmək üçün təbii və ucuz metod kimi işləyən xırda, narın hissəcikləridir. O cildə istənilən çirkdən azad olmağa kömək edir. Yeyinti sodasını istifadə etmək hədsiz dərəcədə asandır və onu istənilən mağazada almaq olar. Aşağıda qara nöqtələrə qarşı evdə hazırlanan ən məşhur resept var.

Üç və ya iki çay qaşığı yeyinti sodasına 1 çay qaşığı mineral su qatın. Qatı qarışıq düzəldin və ehtiyatlı hərəkətlərlə qara nöqtəli hissələrə çəkin. 3-4 dəqiqə yüngülcə masaj edin. İmkan verin bir neçə dəqiqə qalsın və qurusun, sonra isti su ilə yuyun. Daha qara nöqtələr əmələ gəlməsin deyə, bu maskanı həftədə iki dəfə tədbiq edin.

Previous ArticleNext Article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *