Müxtəlif

Qışda Gözəl Saçlarınız Olsun

Şübhəsiz ki, həyat tərzi sağlam və gözəl saçların olmasında vacib rol oynayır. Düzdür, saç ustaları da hər zaman sağlam pəhrizə, balanslı qidalara, çoxlu su və əlbətdə kifayət qədər dincəlməyi məsləhət görürlər.  Deməli, əgər sağlamsınızsa və pəhriziniz sağlamdırsa, sağlam saçlarınız olacaq.

Bundan əlavə, əgər rasionda əvəzolunmaz yağ turşuları varsa, saçlar parlaq olacaq, yox, əgər yoxdursa, solğun saçlara və qabıqlayan baş dərisinə hazır olun. Amma narahat olmağa dəyməz, çünki lazım olan yağları balıq, siyənək balığı, çia toxumlarında və qoz-fındıqdan əldə edə bilərsiniz.

Yağ turşularından başqa, proteinlə zəngin qidalar da sizin köməyinizə çata bilər. Elə proteinləri yağsız ət, toyuq, tofu, paxlalı, yumurta, süd məhsulları kimi saçları sağlamlaşdıran qidalarda tapa bilərsiniz.  654634634

Əgər gözəllik salonuna tez-tez baş çəkirsinizsə, sizin üçün yaxşı xəbərimiz var. Qışda saçları tez-tez kəsdirmək lazımdır, çünki fenlə saçları qurutduğumuza görə, onlar zədələnir və saç ucları quruyur.

Saçları rəngləmək də müsbət təsirlərdən biridir. Mütəxəssis saç ustaları saçları təbii rənglərlə rəngləməyi məsləhət görür və beləcə monoton saçlardan uzaq olmaqla, daha cazibəli ola bilərik.  Lakin, əgər saç rəngləri həvəskarısınızsa, yarı-daimi olanlardan seçin. Onlar həm çox baha deyil, həm də daha az zərər vuraraq, saçlarınıza şarm bəxş edəcək.

Previous ArticleNext Article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *