Müxtəlif

Dəhşətli Aybaşı Ağrılarından 4 Asan Çıxış Yolu

Şübhəsiz ki, aybaşı dövrü qadınların həyatında ən xoşagəlməz günlərdən olub, onları müəyyən fəaliyyət növləri ilə məhdudlaşdırmaqla yanaşı, bir sıra sağlamlıq problemləri ilə də üz-üzə qoyur. Ancaq, sizin bəxtiniz gətirib ki, bu maqaləyə rast gəlmisiniz. Beləcə, növbəti dəhşətli aybaşı problemlərini və sağlam həyat sürmək üçün onlardan müvafiq çıxış yollarını nəzərdən keçirin.

  1. Bel Ağrısı

Qadınlar adətən bel ağrısından əziyyət çəkirlər, çünki bəzi qadınların uşaqlığı onurğaya daha yaxındır və məhz həmin yerdə ağrı özünü daha çox biruzə verir. 6876545

Çıxış yolu: Adi qızdırıcı yastıqlar bu məsələdə həqiqətən yardım edə bilər. Eyni zamanda, hər həftə yoqa məşğələləri möcüzə yaradaraq, sizi sağlam həyata qaytarmağa yardımçı olar.

  1. Kökəlmə

Bəzi qadınlar aybaşı olmazdan bir neçə gün əvvəl çəkilərinin artdığını qeyd edirlər. Bu suyun orqanizmdə toplanmasına, hərfi mənada desək hormonlara görədir.

Çıxış yolu: Orqanizmdən artıq suyu çıxarmaq üçün kofeinli içkilərə və təbii diuretik adı altında satılan vasitələrə üstünlük vermək lazımdır.   Bir isti yoqa məşğələsi də artıq mayedən azad olmağa yardım edə bilər.

  1. Yorğunluq

Yorğunluq hər bir qadının aşkar problemidir, çünki aybaşı günlərinə yaxınlaşdıqca hormonların səviyyəsi düşməyə başlayır.

Çıxış yolu: 7-8 saat yuxu və 30 dəqiqə kardiotrenajorlarda məşğələ sizi kifayət qədər endorfin və enerji ilə təmin edəcək.654765434

  1. Baş Ağrıları və Miqren

Aybaşı zamanı qadın orqanizmi estrogen itirir və osteopat Lii Peterlinin fikrinə görə, məhz bu səbəbdən qadınlarda baş ağrıları və miqren olur.

Çıxış yolu: Kəskin baş ağrısı və miqrendən uzaq olmaq üçün aybaşı olmazdan iki gün qabaq qeyri-steroid iltihab əleyhinə dərman, maqnezium oksid və ya reseptsiz satılan qida əlavələri qəbul edin.

Next Article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *