Müxtəlif

Bütün Günü Oturmaq Ömrünüzü Qısalda Bilərmi?

Bü barədə bütün insanların rəyini artıq eşitmisiniz. Bəziləri deyir ki, bütün günü oturmaq siqaret çəkmək kimi müasir həyatın zərərli vərdişidir.

Digər insalar isə düşünür ki, bu o qədər də zərərli deyil, çünki ayaqüstə qalmağın öz zərərləri var.

Həqiqət hansıdır? Sadəcə bütün günü oturmaq nə dərəcədə zərərlidir? Təsirlərin qarşısını almaq üçün nə etmək olar?

Bu məqalədə biz oturaq həyat tərzinin insan orqanizminə necə təsir etməsinə və onun sizin üçün nə demək olduğuna sərt və dürüst nəzər salacağıq. 6565434

Həqiqət budur: son zamanlarda aparılan araşdırmalar bütün günü oturmağın bəzi çox ciddi xəstəliklərə səbəb olduğunu və insanın ömrünü qısaltdığını aşkara çıxarıb.

  • Böyrək xəstəliyi
  • Xroniki xəstəliklər
  • Xolesterol xərçəngi
  • Psixi pozğunluqlar
  • Və ümumilikdə daha qısa ömür

Bütün günü oturmaq əvəzinə, gün ərzində bir neçə qısa müddətli gəzintiyə çıxın. Görüş xəbəri və ya telefon zəngi gözləməyin. Yataqdan durun və evinizin, binanızın, ofisinizin ətrafında gəzin.  Fərqi yoxdur harada və na vaxt. Ən azı 10 dəqiqə gəzməyi qarşınıza məqsəd qoyun. Yenə də qeyd edək ki, bu ürəyi çalışdıran aerobika məşğələsi deyil (və ya heç çalışdırmasa belə). Bu sadəcə evin bir başından digər tərəfinə, gündə bir neçə dəfə edilən hərəkətdir.

76776556

Hər saat ayağa qalxın. Əgər həqiqətən öz iş masanızı və ya işlədiyiniz istənilən yeri tərk edə bilmirsinizsə, bu o demək deyil ki, siz bütün günü oturmalısınız. Əvəzinə, hər saatda 10 dəqiqə ayağa qalxın.  50 dəqiqə oturun sonra qalxın. Eyni məkanda qala bilərsiniz, amma dəyişiklik o boyda oturmağın zərərlərinin qarşısını almağa kömək edə bilər.  Ayaqda olan zaman hərəkət etməyi davam etdirməyi unutmayın!

Bütün günü oturmaq zərərlidir. Bütün günü ayaqda durmaq da zərərlidir. Bunlardan hansını seçmək haqqında düşünməyin. Lazım deyil! Əvəzinə, bütün günü oturmaqdan imtina edərək hərəkət edin!

Previous ArticleNext Article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *